“20 Yanvar” stansiyasında baş verən terror aktından 31 il keçir

Oxunma vaxtı:32 Saniyə

Bakı metropolitenin “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir.

Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

Loading

Next Post

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”, – hərbi […]