Sabah 30 dərəcə isti olacaq

Oxunma vaxtı:31 Saniyə

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 

Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Nazirlik əhaliyə müraciət edi

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir. “Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar […]