Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Loading

Next Post

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım […]