“Formula 1”: Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb

Oxunma vaxtı:20 Saniyə

Bu il keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Paddok həmişəki kimi Neftçilər prospekti, Hökumət evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Loading

Next Post

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb. Ankaranın Esenboğa Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola salıblar.