Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Oxunma vaxtı:19 Saniyə

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.

Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.

Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatdırılıb.

Loading

Next Post

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Lyova Mnaksakanyan və Vasili Beqlaryan sərbəst ifadə veriblər. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun […]