Milli Məclis “Nəqliyyat haqqında” qanunda dəyişikliyi ilk oxunuşda qəbul edib

Oxunma vaxtı:34 Saniyə

Milli Məclis “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri görməsi üçün lisenziya və icazə tələbinin ləğvini təsdiqləyib.

Bununla bağlı “Nəqliyyat haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə (“Azərkosmos”) də tətbiq edilib.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Loading

Next Post

Region Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb

AFFA Region Liqasında yeni mövsümün başlayacağı tarix bəlli olub. Bu barədə “Report”a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib. Turnirdə ilk oyunlar martın 8-9-da keçiriləcək. Martın 4-də yarışın yeni mövsümünün püşkü atılacaq. Tədbir saat 14:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq.