Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana zəng edib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələr arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Loading

Next Post

Bakıda müğənninin ailəsində FACİƏ - Anası və nənəsi dəm qazından öldü

Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb. Bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları […]