İlham Əliyev: Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Pakistanla beynəlxalq təsisatlarda bir-birini dəstəkləməkdə davam edəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı əminliklə ifadə edib ki, səfər ölkələr arasında qardaşlıq əlaqələrini gücləndirəcək.

“Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır”, – Prezident əlavə edib.

Loading

Next Post

Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur

Erməni generalı Levon Minasyanın Xocalı soyqrımını törətməsi barədə 2023-cü ildə etirafını ictimailəşdirən gürcü bloger Tako Tamuna ölümlə təhdid olunur. “Report”a bu barədə məlumat verən bloger qeyd edib ki, bu təhdidlər səbəbindən mətbuata başqa şərh verə bilmir.   Xatırladaq ki, 2023-cü ildə TikTok platformasında bloger Tako Tamuna ilə erməni generalı Levon Minasyan […]