Bakıda dəhşət – Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Oxunma vaxtı:27 Saniyə

Bakıda 4 nəfərin meyiti tapılıb.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.(lent)

Hazırda araşdırmalar davam etdirilir.

Loading

Next Post

Bakıda bəzi yollarda qara görə endirilən sürət həddi bərpa olunub

Bakıda bur sıra yollarda qarlı və küləkli hava şəraiti səbəbindən endirilən sürət həddi bərpa olunub.Bu barəfə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata görə, Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.