Güzəştlər azad edilmiş ərazilərdən kənarda peşə təhsili alanlara da şamil olunacaq

Oxunma vaxtı:32 Saniyə

Güzəşt azad edilmiş ərazilərdə məskunlaşıb digər yerlərdə peşə təhsili almaq istəyənlərə də şamil olunacaq.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, istisnasız olaraq bütün əhaliyə münasibətdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşan şəxslər təkcə orada deyil, başqa ərazilərdə də peşə təhsilini pulsuz ala biləcəklər:

“Tutaq ki, şəxs Ağdam və ya Füzulidə məskunlaşıbsa, məsələn, Tərtərdə və ya Bərdədə peşə təhsili almaq istəyirsə, güzəştdən yararlana biləcək. Gələcəkdə digər güzəştlər də nəzərdə tutula bilər. Amma hələlik bu dəyişikliklər üç illik proqram üçün nəzərdə tutulub”.

Loading

Next Post

Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir

ABŞ Rusiyanı rəqib və bəzən əleyhdar kimi qəbul edir, lakin müxtəlif ikitərəfli əməkdaşlığı istisna etmir. Bunu Ağ evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib. Ondan ABŞ-nin hazırkı başçısı Donald Trampın Rusiyaya və onun Prezidenti Vladimir Putinə münasibətini “müttəfiq, tərəfdaş, rəqib, yoxsa əleyhdar” kimi qəbul etdiyini dəqiqləşdirməyi istənilib. “Hesab edirəm ki, […]