Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub

Oxunma vaxtı:46 Saniyə

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.

Belə ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər Bakı şəhərinin Yasamal və Nərimanov rayon prokurorluqlarında müstəntiq, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, habelə Bakı Şəhər Prokurorluğunda idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Məlumata görə, Baş prokurorun digər əmri ilə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd olunub ki, o, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Yusuf Novruzov əvvəllər Qaradağ Rayon Prokurorluğunun müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.

Bu təyinatadək Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.

Loading

Next Post

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə […]