Prezident və xanımı Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərdi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətovun vida mərasiminə əklil göndərib.

Əklil mərhumun Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı nəşinin önünə qoyulub.

Vida mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.

Loading

Next Post

İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi - VİDEO

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri […]