Seçki günü qatarların qrafikində dəyişiklik olmayacaq

Oxunma vaxtı:18 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Məlumata görə, vətəndaşların həmin gün rahat hərəkət etməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun tənzimlənəcək.

29 yanvar seçkilərilə əlaqədar qeyri-iş günü günü elan olunub.

Loading

Next Post

Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Siyəzən və Sumqayıt prokurorluqlarına yeni təyinatlar olub.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib. Belə ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İsmayıl Abiyev əvvəllər […]