Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb

Oxunma vaxtı:29 Saniyə

Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər.

Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən 969-u ölkədə, 29 nəfəri isə xaricdə təhsil alan əməkdaşlardır.

K.Əliyev, həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olmasından şikayətlənib:

“İşə qəbul olunanlardan 8-nin xarici dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilir. Prokurorluq orqanlarına qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidirlər”.

Loading

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanavrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer […]