Los-Ancelesdəki yanğınlara görə bir nəfər saxlanıldı – Fotolar

Oxunma vaxtı:23 Saniyə

Amerika polisi Los-Ancelesdə güclü meşə yanğınlarını törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. 

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı şəhərin polis zabiti Şon Dinsə istinadən “NewsNation” yayıb. 

Los-Anceles prokuroru Natan Hohman bildirib ki, yanğını törədən şəxslərlə bağlı maksimum cəza tətbiq ediləcək. 

Xatırladaq ki, Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən davam edir. Los-Ancelesdə 100 mindən çox sakin təxliyə barədə bildiriş alıb. Ən son məlumata görə, hadisə səbəbindən 10 nəfər həlak olub.

Loading

Next Post

Zelenski: Sülhə nail olmaq üçün təhlükəsizlik zəmanəti lazımdır

Rusiya ilə sülh əldə etməzdən əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RAI News 24”ə müsahibəsində deyib. “Avropa İttifaqı bu gün Rusiya Federasiyasının dondurulmuş bütün aktivləri ilə bağlı ciddi addımlar ata bilər. Bu mühüm addımdır. Bu, təkcə Ukraynaya kömək etməyəcək”, – o deyib. Zelenski Rusiyanın dondurulmuş aktivlərinin […]