Bu gün Qobustan və Ələtin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Oxunma vaxtı:21 Saniyə

Qaradağ rayonu, Ələt qəsəbəsində yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar olaraq, dekabrın 29-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Bildirilib ki, alternativ mənbədən istehlakçıların qaz təchizatı təmin ediləcək.

Lakin alternativ mənbənin təmin edilməməsi halında, Qaradağ rayonu, Qobustan və Ələt qəsəbələri, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq. Ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır. Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 […]