Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Oxunma vaxtı:38 Saniyə

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.

Ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün – 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.

Loading

Next Post

DYP bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur ki, bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Bununla yanaşı, bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli […]