Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən yeni marşrut xətti fəaliyyətə başlayır

Oxunma vaxtı:19 Saniyə

Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə 29 dekabr tarixindən yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edək ki, Saray qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları “BakuBus” MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.

Loading

Next Post

NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir

NATO ilə tərəfdaşlıq Rəsmi Bakı üçün əhəmiyyətlidir. Bu barədə Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib. Məlumata görə, Azərbaycan-NATO tərəfdaşlığı öz əhəmiyyətini saxlayaraq, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq davam etdirilib, qarşılıqlı səfərlər həyata keçirilib: “İl ərzində hərbi-siyasi məsələlər üzrə çoxtərəfli və ikitərəfli xarici siyasi […]