MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Oxunma vaxtı:32 Saniyə

Mərkəzi Seçki Komissiyası (MSK) daha 10 siyasi partiyanın bələdiyyə seçkilərindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bununla bağlı MSK-nın dekabrın 21-də keçirilən iclasında qərar layihəsi müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, quruma müraciət edən Respublikaçı Alternativ (REAL), Ağ Partiyası, Gələcək Azərbaycan (GAP), Ədalət, Vəhdət, Haqq Ədalət (HƏP), Demokrat (ADP), Azad Vətən, Müasir Müsavat, Yeni Zaman partiyalarının 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Müvafiq qərarlar səsverməyə çıxarılaraq qəbul olunub.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərində indiyədək 23 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alındığını deyib: “Qeydiyyatdan keçmiş qalan üç partiya üçün də hələ vaxt var”.

Loading

Next Post

Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib. V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə […]