DİM sədri: Məktəbi bitirən kimi dərhal əmək bazarına gedən şəxslər hələ də var

Oxunma vaxtı:43 Saniyə

Təhsilini 9 və ya 11-ci sinifdə bitirəndən sonra heç bir orta, yaxud ali təhsil almadan birbaşa əmək bazarına gedən şəxslər var.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici ildən-ilə azalsa da, hələ də belə şəxslər var:

“Məktəblər bizə müraciət edə bilər və biz də 14-15 yaşlı şagirdlərə məsləhət verə bilərik ki, hansı istiqamətdə təhsillərini davam etdirsələr, yaxşı nəticə əldə bilərlər”.

DİM sədri bildirib ki, bu gün abituriyentlər ixtisas seçəndə nə əmək bazarının tələbatını, nə dünyada gələcəkdə hansı ixtisaslara tələb olunmasını düşünürlər:

“İxtisas seçimində əsasən ətrafdakı insanların fikirlərinə önəm verilir. Yaxud da dəbdə olan, eləcə də əməkhaqqı çox olan sahə seçilir. Misal olaraq, informasiya texnologiyaları ixtisası daha çox seçilir, nəinki tibb və ya hüquqşünaslıq. Bu da son 10 ildə İT üzrə əməkhaqqının yüksək olması ilə əlaqəlidir”.

Loading

Next Post

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 20-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi […]