Türkiyə Ədliyyə Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz

Oxunma vaxtı:30 Saniyə

Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz.

Bunu Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının nəzdində qurulmuş hüquq və ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş təşkilatın dönəm liderliyini Türkiyədən sonra Azərbaycan yerinə yetirib:

“Bu il iyun ayında Bakıda proqram hazırlamışdıq. Bu sayca ikinci proqramdır. Azərbaycan dönəm liderliyini Qazaxıstana təhvil verəcək. Bu tədbirlərin məqsədi Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığı hüquq sahəsində də inkişaf etdirməkdir.

Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz. Ona görə də hüquq sahəsində dövlətlərin ixtilaflarını ortaq mədəniyyət çərçivəsində həll edilməsinə çalışırıq”.

Loading

Next Post

Rüstəm Minnixanov üç rayona traktor hədiyyə etdi

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub. Azərbaycanın iqtisadiyyatı naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də […]