Naxçıvanda Maliyyə Forumu keçiriləcək

Oxunma vaxtı:37 Saniyə

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

“Report”un yerli b Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

ürosu xəbər verir ki, dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu təşkil ediləcək.

Forum muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Forum Azərbaycanın və muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri ilə baş tutacaq.

Həmçinin Maliyyə Forumu muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri və digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Loading

Next Post

Sabah 10° şaxta olacaq

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu […]