Prezident həmkarını təbrik etdi

Oxunma vaxtı:25 Saniyə

Prezident İlham Əliyev Finlandiya Prezidenti Aleksandr Stubba təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Finlandiya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi və Sizinlə keçirdiyimiz görüşü xoş təəssüratlarla xatırlayıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

Sabah yağış yağacaq

Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətlik fasilə olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz […]