“Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb

Oxunma vaxtı:19 Saniyə

Misli Premyer Liqasının XV turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.

“Neftçi Arena”da baş tutan Azərbaycan derbisini tribunadan 7069 tərəfdar izləyib.

Buna qədər cari mövsümün rekordu da məhz Ağdam təmsilçisinin matçında qeydə alınıb.

“Köhlən atlar”ın IX turda səfərdə “Sumqayıt”ı məğlub etdiyi (1:0) görüşdə 7000 fanat olub.

Qeyd edək ki, “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla üstələyib.

Loading

Next Post

Prezident qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir.