Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırır

Oxunma vaxtı:21 Saniyə

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.

Müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub.

Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır. 

Ehtiyatda olan hərbçilərin 25 təqvim günündən çox olmayan müddətə təlimə cəlb ediləcəyi deyilir.

Loading

Next Post

Nazir sabiq direktora vəzifə verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) sabiq direktoru Firdovsi Fikrətzadəyə yeni vəzifə verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Firdovsi Fikrət oğlu Fikrətzadə Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Elman Sadıqovu əvəzləyib. Qeyd edək ki, […]