Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

Oxunma vaxtı:29 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Loading

Next Post

Mikayıl Cabbarov: "Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir"

Asiya İnkişaf Bankı (ADB) və Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələr regional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli səylər göstərirlər. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü”ndə bildirib. Onun sözlərinə görə, Azərbaycan daha güclü […]