COP29-da dini liderlər də iştirak edir

Oxunma vaxtı:40 Saniyə

“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”.

Bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O xatırladıb ki, COP29 iqlimlə bağlı problemlərin həlli üçün keçirilir: “Bu cür genişmiqyaslı beynəlxalq tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilməsi ölkəmizin tolerant dövlət olduğunu bir daha sübut edir. 

Hazırda dünya rəhbərləri, ictimaiyyəti, dini liderləri COP29-a toplaşıb. Bütün bunlar bir daha Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Mən arzu edirəm ki, burada qəbul olunan qərarlar bütün dünyada baş verən hadisələrə öz təsirini göstərsin. Çünki bizim işğaldan azad olunam torpaqlarımız da 30 il içərisində, demək olar ki, vəhşiliklə məhv edilib”.

Loading

Next Post

Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb

İranın paytaxtı Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb. Məlumatı “Azadiran” yayıb. Bildirilib ki, Tahir Nəqəvi həbsxana nəzarətçisinin ona qarşı haqsızlığına, təzyiq və hədələrinə etiraz olaraq bu addımı atıb. Məlumata görə, noyabrın 12-də o, həbsxanada həkimə müraciət edib. Daha əvvəl ona qarşı fiziki […]