Tural Niftalıyev jurnalistləri belə təbrik edib

Oxunma vaxtı:40 Saniyə

Təqaüddə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 6 noyabr Radio və Televiziya işçiləri günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb.


Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və təşviqat işinin rolu çox böyükdür. Qəzaların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə tərəfimizdən mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri həyata keçirilib. Uzun müddət yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq. Aparılan təbliğat və təşviqat işlərini yüksək peşəkarlıqla ictimaiyyətə çatdırmısınız. İnsanların həyat və sağlamlıqlarının qorunması istiqamətində sizinlə birgə çox işlər görmüşük. Hər zaman Dövlət Yol Polisinin xidməti fəaliyyətinə olan diqqət və qayğınızı, o cümlədən şəxsən mənimlə səmimi əməkdaşlığınızı yüksək qiymətləndirir, hər birinizə təşəkkür edirəm.Peşə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram, hər zaman yanınızdayam və köməklik göstərməyə hazıram.

Hörmətlə: Tural Niftalıyev

Loading

Next Post

UEFA Avropa Liqası: Bu gün daha 17 qarşılaşma baş tutacaq

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə 17 görüş keçiriləcək. Təmsilçimiz “Qarabağ” bu turda Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq. “Budyo Qlimt” – “Qarabağ” görüşü ilə yanaşı daha doqquz matçında başlama saatı Bakı vaxtı ilə saat 21:45-dir. Digər səkkiz oyun isə gecəyarısı start götürəcək. Qeyd […]