Azərbaycanda dönərin qiyməti bahalaşa bilər – VİDEO

Oxunma vaxtı:37 Saniyə

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb. Aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb.

Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

Yeni qaydalarda çiy dönər ətinin emalına dair ümumi gigiyena tələbləri ilə yanaşı, xüsusi tələblər də öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri İradə Hüseynli bildirib ki, çiy dönərin hazırlanmasında istifadə olunan ətlərlə bağlı da yeni tələblər hazırlanıb.

İqtisadçı Xalid Kərimli “Xəzər Xəbər”ə bildirib ki, dönərlə bağlı yeni standartların müəyyənləşdiriləsi öz növbəsində dönərin də qiymətinə təsir göstərəcək.

Vətəndaşların dönərin keyfiyyəti ilə bağlı fikirləri isə birmənalı deyil.

Loading

Next Post

Peşə məktəbləri üçün iki istiqamətdə qiymətləndirmə meyarları təsdiqlənib

“Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Nazirliyin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə […]