Azərbaycan nefti ucuzlaşıb

Oxunma vaxtı:37 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,71 % azalaraq 79,02 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 76,58 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Mikayıl Cabbarov: "9 ayda özəl sektorda 75 min yeni iş yeri yaradılıb"

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda 75 min yeni iş yeri yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib. Bundan başqa, nazir deyib ki, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir: “Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük […]