Bakıda qazanxanada partlayış olub, xəsarət alan var

Oxunma vaxtı:24 Saniyə

Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.”

Loading

Next Post

“İranın əlində Amerika qanı var” - Harris

“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”. Bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb. “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – Harris deyib. O, ABŞ-nin İranın […]