Bakıda məktəbdə PARTLAYIŞ – Yaralanan var

Oxunma vaxtı:45 Saniyə

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

Hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.(APA)

Loading

Next Post

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Oktyabrın 2-də Bakıda və bölgələrdə qısamüddətli yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı […]