Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? – Fotolar

Oxunma vaxtı:25 Saniyə

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib.

JF-17C (Block-III) birmühərrikli və çoxməqsədli döyüş təyyarəsidir.

Bu təyyarələr hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Loading

Next Post

Məsud Pezeşkian: "Regionda vəziyyət nəzarətdən çıxa bilər"

İsrailin davranışı regionda vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdə bildirib. Prezidentlər görüş zamanı əsasən regiondakı vəziyyəti müzakirə ediblər. “Report”