İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir

Oxunma vaxtı:36 Saniyə

Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir.

Bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir.

“Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir”, – Prezident vurğulayıb.

Loading

Next Post

Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb

Ölkəmizdə keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha […]