Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib – YENİLƏNİB

Oxunma vaxtı:28 Saniyə

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib.

Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin sədri seçilib.

08:25

Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.

Bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.

Loading

Next Post

Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir

Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. “Bizə […]