Şuşada 33 ildən sonra ilk zəng çalınıb

Oxunma vaxtı:33 Saniyə

Şuşa şəhərində 33 ildən sonra ilk zəng çalınıb.

“Report”un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 33 illik fasilədən sonra Şuşaya köçürülən ailələrin övladları Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayıblar.

Yenidən qurulan məktəb 960 yerlik olmaqla, beş bloklu və üç mərtəbəlidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tutulmaqla, 40 sinif otağından ibarətdir.

Bu gün start verilən yeni tədris ilində Şuşada 113 şagird təhsilə başlayıb. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, şagirdlərin yaşayış binalarından məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. Şuşaya məskunlaşmanın davam etdsirilməsi ilə məktəbdə şagird və müəllimlərin də sayı artacaq.

Loading

Next Post

Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq

Bu gün Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq. Bu barədə “Fobos” hava mərkəzi məlumat yayıb. “Saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq. Günortadan 19:00-dək biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik”, – məlumatda bildirilib. Maqnit qasırğası sentyabrın 17-si saat 13:00-dək davam edəcək.