Rusiyada Bayden haqda serial çəkilir – “Goodbye”

Oxunma vaxtı:21 Saniyə

Rusiyada ABŞ prezidenti Co Bayden haqqında serial çəkilir.

Bu barədə Rusiyanın yerli nəşrləri yazıb.

Baş rolu – ABŞ prezidentini “Briqada”, “Jmurki” və s. filmləri ilə tanınan Dmitri Dyujev canlandıracaq.

Hekayədə Bayden sanksiyaların təsirini qiymətləndirmək üçün Rusiyaya uçur, lakin ilk gün sənədlərini itirir. Sonra yerli bir vətənpərvərlə tanış olur, “xruşşovka” mənzilinə köçür, yeni sənədlərə pul yığmaq və Amerikaya qayıtmaq üçün ingilis dili müəllimi kimi işləməyə başlayır.

Serial “Goodbye” adlanacaq və TNT-də yayımlanacaq.

Loading

Next Post

Metronun iş qrafikinə dəyişiklik ediləcək

Bakı metropoliteni “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq. Qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz […]