Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA

Oxunma vaxtı:42 Saniyə

Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Avqustun 16-da şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, aran rayonlarında 29, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Loading

Next Post

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Rəşadət” ordeni […]