Qəbələdə kütləvi zəhərlənmə: 50-ə yaxın şəxs…

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Qəbələdə xeyli sayda toy iştirakçısının zəhərləndiyi bildirilir.

Loading

Next Post

Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Pakistanda meymunçiçəyi virusunun yeni versiyasına ilk yoluxma qeydə alınıb. Bu barədə ölkənin Hayber Paxtunxva əyalətinin səhiyyə departamentindən bildirilib. Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn üç şəxsdə virus aşkarlanıb. Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə […]