Agentlikdən I sinfə qəbulla əlaqədar valideynlərə ÇAĞIRIŞ

Oxunma vaxtı:47 Saniyə

2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Agentlik bu səbəblə, I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib.

MÜTDA-nın çağırışında qeyd edilir ki, mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

“Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər” – deyə, qurumun məlumatında vurğulanıb.

Loading

Next Post

Bakıda qadınları qorxu içində saxlayan manyak həbs edildi

Bu günlərdə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin ərazisində seksual manyakın olması ilə bağlı sakinlər arasında məlumat yayılıb. Ərazi üzrə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə müraciət edən qadınlar tanımadıqları şəxsin onları izlədiyini, ictimai yerdə qeyri-adekvat hərəkətlər etdiyini bildirib. Həyata keçirilən tədbirlərlə əməli törədən Maştağa qəsəbəsinin Ləhic bağları yaşayış massivinin sakini 1996-cı […]