Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb.

Hələlik komandanın aktivində bir qızıl mükafat var.

Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.

Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya Serbiya və Özbəkistan da bir qızıl medalla 16-cıdır.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 24-cü, Gürcüstan isə 28-ci sıradadır.

İlk üçlükdə Yaponiya (7 qızıl, 2 gümüş, 4 bürünc), Çin (6 qızıl, 6 gümüş, 2 bürünc) və Avstraliya (6 qızıl, 4 gümüş, 1 bürünc) yer alıblar.

Hələlik 43 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Loading

Next Post

Xəzərdə gəmi yanır - Heyət təxliyə edildi

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata […]