İlham Əliyevdən Putinə məktub

Oxunma vaxtı:21 Saniyə

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. 

Məktubun mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”.

Loading

Next Post

3 polis və 1 mülki şəxsi qətlə yetirən Rövşənin - FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gecə Xəzər rayonu Şüvəlan qəsəbəsində polis tərəfindən keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərilib. Polis əməkdaşlarına atəş açan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər əməllərə görə əvvəllər dəfələrlə məhkum olunubmuş. Hadisə vaxtı 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirən, […]