Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb

Oxunma vaxtı:33 Saniyə

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb.

Bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.

Rusiya rəsmisi əsir mübadiləsinin dayandırılmasına görə Ukrayna tərəfini günahlandırıb. Qeyd edib ki, Ukraynanın uydurulmuş tələbləri səbəbindən Moskva və Kiyev arasında məhbus mübadiləsi bir neçə aydır dayandırılıb.

“Biz Ukrayna Ombudsmanı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə dialoq aparırıq. Razılaşmaya əsasən, biz hər gün qarşılıqlı səfərlər edirik: Ukrayna Ombudsmanı – bizim hərbi əsirlərimiz və mən isə Ukrayna hərbi əsirlərini ziyarət edirəm. Hər iki tərəfdən 700-dən çox vətəndaşı ziyarət etmişik, ev əşyaları, məktubları göndərmək barədə razılaşmışıq”- deyə Moskalkova vurğulayıb.

Onun sözlərinə görə, belə bir humanitar dəhliz hakimiyyət tərəfindən dəstəklənir və fəaliyyətini davam etdirəcək.(APA)

Loading

Next Post

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində mayın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz […]