Ərdoğan Rəsinin ölümünə kədərləndi – AÇIQLAMA

Oxunma vaxtı:32 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olmasına kədərləndiyini bildirib.

Ərdaoğan hadisə ilə əlaqədar “İran prezidenti, qardaşım İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Ərdoğan paylaşımında “İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq bildirmək istəyirəm ki, hadisə ilə bağlı İran rəsmiləri ilə yaxından, tam təmasda və koordinasiyadayıq, lazım olan hər cür dəstəyi verməyə hazırıq”. 

Loading

Next Post

Vəzifə başında ölən dövlət başçıları - İbrahim Rəisidən İndira Qandiyədək...

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin bazar günü helikopter qəzasında həlak olması dünya mediasında şərh olunan əsas xəbəridir. Rəsinin uçduğu helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri […]