Şəki Dövlət Yol Polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Oxunma vaxtı:51 Saniyə

“Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında növbəti tədbir 2024-cü il mayın 17-də Şəki rayonu, Kiş kənd 2 nömrəli modul tipli tam orta məktəbində keçirilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və
təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, qeyd olunan mövzularla bağlı ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Polis baş leytenantı Tural Niftalıyev yol hərəkəti qaydalarının şagirdlərə daha rahat və asan şəkildə öyrədilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan YOL HƏRƏKƏTİ ƏLİFBASI kitabını Kiş kənd 2 nömrəli modul tipli tam orta məktəbinə hədiyyə edib.
Tədbirin yekununda Şəki rayonu Kiş kənd 2 nömrəli modul tipli tam orta məktəbin direktoru Lalə Mahmudova kənd məktəblərində də, hətta modul tipli məktəblərdə də maarifləndirici tədbirin keçirilməsinə görə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyevə məktəb kollektivi adından minnətdarlığını bildirib.

Loading

Next Post

ABŞ və İran vasitəçilər yolu ilə Yaxın Şərqlə bağlı danışıqlar aparıb

ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün vasitəçi yolu ilə danışıqlar aparıblar. Onların sözlərinə görə, ABŞ tərəfinin məsləhətləşmələrində Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak […]