Ağır qəzada həlak olan şəxs polis zabiti imiş – Foto

Oxunma vaxtı:23 Saniyə

Xəbər verdiyimiz kimi, bu gün saat 03 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobil yol kənarındakı hasara çırpılaraq qəzaya uğrayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada vəfat edən 38 yaşlı Ramin Əsgərov polis zabiti olub. O, Hacıqabul RPŞ-nin Post Patrul Xidmətinin bölük komandirinin müavini vəzifəsində çalışırmış.

Maşındakı digər polis əməkdaşı isə qəzada ağır xəsarətlər alıb və hazırda müalicəsi davam etdirilir.

İlkin məlumata görə, hadisəyə hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması səbəb olub.

Loading

Next Post

“Qarabağ”ın oyununda qadın hakimlər

Azərbaycan Premyer Liqasında XXXV turun təyinatları müəyyənləşib. Oyunları idarə edəcək hakimlər açıqlanıb. Bu gün “Qarabağ”la “Turan Tovuz” arasında keçiriləcək açılış qarşılaşmasında baş hakim Cavid Cəlilovun köməkçiləri qadın referilər olacaq. Sabah “Sabah”la “Sumqayıt” arasında baş tutacaq mərkəzi görüşdə isə İnqilab Məmmədov iş başında olacaq. Premyer LiqaXXXV tur17 may 20:30. “Qarabağ” – […]