“Azeri Light” bir az da ucuzlaşdı

Oxunma vaxtı:22 Saniyə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2.77% və ya 2.47 ABŞ dolları azalaraq 86.63 dollar təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 89,10 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Loading

Next Post

Rezident olmaq istəyənlər imtahan verəcək

Mayın 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) məlumata yayaıb. İmtahanda 1274 namizəd iştirak edəcək. Onlardan 972 nəfər Azərbaycan, 302 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 565 nəfəri oğlan, 709 nəfəri isə […]