Erməni quldur dəstəsinin rəhbəri Balasanyan zorakılıqda ittiham olunur – YENİLƏNİB

Oxunma vaxtı:43 Saniyə

Q

arabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyan 2023-cü il iyulun 13-də cinayət işi çərçivəsində məhkəmənin icazəsi ilə ona məxsus fərdi yaşayış evində axtarış aparılarkən Milli Təhlükəsizlik Xidmətinin bir qrup əməkdaşına həyatı təhlükə altına alan zorakılıq tətbiq etməklə hədələyib.

Bu barədə “Report” Ermənistan KİV-nə istinadən xəbər verir.

Daha sonra Vitali Balasanyan axtarış yerindən çıxarılarkən A.B., V.B. və G.Y. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına zorakılıq tətbiq edərək, onları sürüyərək, müqavimət göstərərək hakimiyyət orqanı əməkdaşlarının hərəkətlərinə mane olmağa çalışıblar.

V.Balasanyana qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb, o, həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

Loading

Next Post

Adrian Mutu "Neftçi"də ilk transferini gerçəkləşdirib

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu ilk transferini gerçəkləşdirib. “Report” “prosport.ro” saytına istinadən xəbər verir ki, paytaxt klubu rumıniyalı mütəxəssisin istəyilə ÇFR-dən Yuri Matiası heyətinə qatıb. İddiaya görə, “ağ-qaralar” bu keçid üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib. Rumıniya klubunun prezidenti Nelu Varqa da 28 yaşlı müdafiəçini satdıqlarını təsdiqləyib. Amma […]