Azərbaycan lideri: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Oxunma vaxtı:26 Saniyə

Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: “Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək”.

Loading

Next Post

Builki qabiliyyət imtahanları keçən ildən fərqli olacaq - DİM-dən AÇIQLAMA

Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib. İxtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar. “Məlumat üçün qeyd edirik ki, […]