Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Oxunma vaxtı:23 Saniyə

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel – Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

Bununla bağlı nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.

“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq, – deyə nazir qeyd edib.

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Loading

Next Post

Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb

Azərbaycan Kubokunda 11-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” turnirin rekordunu təkrarlayıb. Bunadək yalnız “Neftçi” 11 həlledici görüşdə oynayıb. “Köhlən atlar” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb. 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində turnirin qalibi olan Qurban Qurbanovun yetirmələri üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici […]